Taliban ilk ölüm hökmünü icra etdibackend

Taliban ilk ölüm hökmünü icra etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban hərəkatı Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk ölüm hökmünü icra edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabihullah Mücahid məlumat verib.

Qətl törətməkdə təqsirləndirilən şəxsin Fərəh vilayətində edam edildiyi bildirilir. Edamda hərəkatın yüksək vəzifəli üzvləri, o cümlədən Ali Məhkəmənin hakimi Mücahid, ölkənin daxili və xarici işlər nazirlərinin səlahiyyətlərini icra edən Siracuddin Haqqani və Əmir Xan Müttəki iştirak ediblər.

Ötən ilin avqustun 15-də Taliban Kabilə daxil olub və ertəsi gün Əfqanıstanda müharibənin başa çatdığını elan ediblər.
Modern