Tanınmış vəkil dələduzluqda təqsirləndirilirbackend

Tanınmış vəkil dələduzluqda təqsirləndirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış vəkil Elçin Qəmbərovun həbsinin detalları məlum olub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, uzun illər Mərkəz Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.

178.4-cü maddə etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə görə məsuliyyət nəzərdə tutur.

E.Qəmbərov 500 000 (beş yüz min) manatdan yuxarı məbləğdə vəsaiti mənimsəmədə ittiham edilir.

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elçin Qəmbərov bir müddət Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.