Təcavüzə görə beş nəfərə edam cəzası verildi – Ölkə tarixində ilkbackend

Təcavüzə görə beş nəfərə edam cəzası verildi – Ölkə tarixində ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşdə çərşənbə axşamı qüvvəyə minən edam cəzasından sonra ölkə tarixində ilk dəfə beş nəfərə edam cəzası verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Banqladeşin Bhuapur rayonunda 15 yaşlı qız 15 oktyabr 2012-ci ildə polisə müraciət edərək, qaçırılaraq təcavüzə məruz qaldığını bildirib. Saxlanılan beş nəfərdən üçü girov müqabilində sərbəst buraxılıb.

Çərşənbə günü Banqladeşdə Qadın və Uşaq İstismarının qarşısını alma qanununda dəyişiklik edib və təcavüz üçün verilən ən ağır cəza ömürlük həbs cəzasından edam olaraq dəyişdirilib.

Bundan sonra hakim Nasimul Akhter sözügedən işlə bağlı məhkəmə qərarının dəyişərək saxlanılan beş nəfərin edam edilməsinə qərar verildiyini açıqlayıb.