Almaniyanın İranla mümkün hərbi qarşıdurmaya qoşulması məsələsi ciddi şəkildə müzakirə olunur.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Berlinin mövqeyi ilə bağlı qərar hələ verilməsə də, variantlar üzərində iş aparılır.
Almaniya mənbələri planlaşdırma prosesinin artıq ABŞ ilə birgə həyata keçirildiyini bildirir. İddialara əsasən, Berlin ya birbaşa bombardman əməliyyatlarında iştirak edə, ya da hərbi-texniki və logistika dəstəyi göstərə bilər.
Rəsmi dairələr məsələ ilə bağlı hələlik açıq bəyanat verməyiblər. Ekspertlər isə Almaniyanın mümkün addımının Avropada və Yaxın Şərqdə təhlükəsizlik balansına ciddi təsir göstərə biləcəyini qeyd edirlər.
Hazırda vəziyyətin inkişafı və Berlinin yekun qərarı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.7
Sara
NOCOMMENT.az













