TƏCİLİ! Rusiya Kiyevi bombalayır

TƏCİLİ! Rusiya Kiyevi bombalayır

Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi son hava zərbələri paytaxtda ciddi dağıntılara və mülki əhali arasında xəsarətlərə səbəb olub. Hazırda şəhərin müxtəlif nöqtələrində xilasetmə əməliyyatları davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna KİV-lərinin yaydığı məlumata görə, ən ağır vəziyyət Kiyevin Darnitski rayonunda qeydə alınıb. Raket zərbəsi nəticəsində dağılan binanın qalıqları altından indiyədək 10 nəfər xilasedicilər tərəfindən sağ çıxarılıb. Ərazidə axtarış-xilasetmə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Dağıntılar təkcə Darnitski rayonu ilə məhdudlaşmayıb, şəhərin digər lokasiyalarında da ciddi ziyan qeydə alınıb. İlkin məlumatlara görə, hücum nəticəsində yaralananların sayı 29 nəfərə çatıb. Zərərçəkənlərin vəziyyəti və dəqiq sayı ilə bağlı məlumatlar yenilənməkdədir. Aidiyyatı qurumlar hadisə yerində fəsadların aradan qaldırılması üçün iş aparır.

Sara
NOCOMMENT.az