Tehran İrəvana növbəti dəfə yardım təklif etdibackend

Tehran İrəvana növbəti dəfə yardım təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ermənistandakı səfiri Mehdi Sübhani ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryana su anbarlarının tikintisinə köməklik təklif edib.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Səfirin sözlərinə görə, Ermənistan zəngin su ehtiyatlarına malikdir və İran su anbarlarının tikintisi təcrübəsi baxımından dünyanın ilk on ölkəsi sırasındadır.

Terteryan isə bildirib ki, Ermənistan bu və digər sahələrdə İranla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.