Yanvarın 8-9-da Tehranda baş verən iğtişaşlar zamanı xəsarət alanlar sırasında Fələstin səfiri də olub.
NOCOMMENT.az xəbər verir ki, təxminən 200 iğtişaşçı şüarlar səsləndirərək iqamətgaha “Molotov kokteyl”ləri atıb.
Hücum nəticəsində səfir və bir neçə səfirlik işçisi yaralanıb. Fələstin səfiri Salam əz-Zəvavi tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Hücum zamanı səfir, ailəsi və bəzi səfirlik işçiləri təhlükəsizlik qüvvələri gələnə qədər zirzəmidə sığınmağa məcbur olublar. Polis gəldikdən sonra onlar xilas ediliblər.
(yeni sabah)













