Cəmi dörd nəfər 300 bal toplayıb - ADLAR

Cəmi dörd nəfər 300 bal toplayıb - ADLAR

Xəbər verdiyimiz kimi, bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

NOCOMMENT.az xəbər verir ki, imtahan iştirakçıları arasında 4 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Həmin şagirdlərin adlarını təqdim edirik:

- Bakı şəhəri, Bakı türk liseyində təhsil alan (Türkiyə Dəyanət Vəqfi) Ayişə Mirzəxan qızı Mirzəzadə;

- Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyasında təhsil alan Abdullah Elman oğlu Emin;

- Naxçıvan şəhəri, M.C.Cəfərov adına 14 saylı tam orta məktəbdə təhsil alan Əli Nazim oğlu Cəfərli;

- Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Xalıqov adına 1 saylı tam orta məktəbdə təhsil alan Gülay Ruslan qızı Abdullayeva./Qafqazinfo/