Telman İsmayılov haqqında QƏRARbackend

Telman İsmayılov haqqında QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqroda saxlanılan azərbaycanlı iş adamı Telman İsmayılov haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib.

NOCOMMENT.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Marina Rusakova məlumat verib.

O, müdafiə etdiyi şəxsin Monteneqroda saxlanıldığını təsdiq edib.

“İki ay müddətinə həbs edilib. Bu qərardan artıq apellyasiya şikayəti verilib. İsmayılov siyasi sığınacaqla bağlı müraciəti yoxlanılarkən tutuldu. Bu da apellyasiya üçün əsaslardan biridir”, – deyə Rusakova bildirib.

Onun sözlərinə görə, həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır. Vəkilin sözlərinə görə, Monteneqro hakimiyyəti İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun ekstradisiyası məsələsi iki aya qədər çəkə bilər.
Modern