“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb

“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb

Amerikanın “Apple” şirkəti ən böyük smartfon istehsalçıları siyahısında birinci yeri Cənubi Koreyanın “Samsung” şirkətinə uduzaraq ikinci yerə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” IDC-nin araşdırmasına istinadən məlumat yayıb.

IDC-nin məlumatına görə, bu ilin birinci rübündə “Apple” smartfonlarının tədarükü təxminən 10% azalıb. Bu, Android smartfon istehsalçılarının artan rəqabəti səbəbindən baş verib. Apple-ın satışlarının azalması dekabr ayında Samsung-u keçərək dünyanın 1 nömrəli telefon istehsalçısı olmaq üçün göstərdiyi güclü performansdan sonra baş verib.

“Apple” bir il əvvəlki 55.4 milyona qarşı 50.1 milyon smartfon satıb. Çində Apple smartfonlarının tədarükü 2023-cü ilin son rübündə bir il əvvəllə müqayisədə 2,1% azalıb.

2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon tədarükü 7.8% artaraq 289.4 milyon ədədə çatıb. Samsung-un payı 20,8%, Apple – 17,3%, Xiaomi – 14,1% olub.