Dünyanın ən məşhur ani mesajlaşma tətbiqlərindən biri olan WhatsApp-a yeni xüsusiyyətin gələcəyi məlum olub. Tətbiqin “2.24.9.14” kodlu Android beta versiyasında mövcud olan bu yeni xüsusiyyət yenicə onlayn olan istifadəçilərin adlarını göstərəcək.
NOCOMMENT.az technote.az-a istinadən xəbər verir ki, WhatsApp-ın yeni xüsusiyyəti çox sadə iş prinsipinə sahib olacaq. Belə ki, tətbiqə daxil olduqda, son vaxtlar WhatsApp-da aktiv olan insanların kiçik siyahısını görmək mümkün olacaq.
Kontaktlar siyahısının bir hissəsi kimi görünən xüsusiyyət, kiminləsə tez bir zamanda əlaqə saxlamaq lazım gəldikdə işə düşəcək. Əgər həmin şəxs WhatsApp-da aktivdirsə, o, siyahının yuxarı hissəsində göstəriləcək. Beləliklə, istifadəçinin son görünmə vaxtını yoxlamaq ehtiyacı aradan qalxacaq.












