“WhatsApp”da istifadəçilər üçün möhtəşəm yeniliklər gəlir. Belə ki, artıq digər tətbiqlərdən gələn ismarışları burdan da oxumaq mümkün olacaq.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilir ki, beta versiyasının istifadəçiləri “WhatsApp”da mesencerin “Telegram” və digər xidmətlərlə əlaqələndirilməsi bölməsini aşkarlayıblar.
“2.24.6.2 nömrəsi altında “Third-party chats” (Üçüncü tərəf çatları) adlı menyu aşkar edilib”, – deyə xəbərdə bildirilir.












