"WhatsApp" yeni funksiyanı test edir.
NOCOMMENT.az xəbər verir ki, tətbiq istifadəçilər üçün öz şifrələnmiş bulud ehtiyat nüsxə sistemini sınaqdan keçirir. Yenilik sayəsində çatlar və fayllar üçüncü tərəf xidmətlərdən asılı olmadan birbaşa "WhatsApp"ın öz serverlərində saxlanıla biləcək.
Məlumata görə, bu sistem istifadəçilərə məlumatlarını daha təhlükəsiz şəkildə qorumağa imkan verəcək. Eyni zamanda, ehtiyat nüsxələr tam şifrələnmiş formada saxlanılacaq və yalnız istifadəçinin özü tərəfindən bərpa edilə biləcək.
Hazırda funksiya test mərhələsindədir və yaxın vaxtlarda geniş istifadəçilər üçün təqdim olunması gözlənilir./Metbuat.az/










