Təyyarə texniki problemlərə görə hava limanına geri qayıdıbbackend

Təyyarə texniki problemlərə görə hava limanına geri qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Talakan hava limanına qayıtmalı olub. Təfərrüatlar barədə Baykal-Anqarsk Nəqliyyat Prokurorluğunun Telegram kanalı məlumat yayıb.

Departamentin məlumatına görə, insident yerli vaxtla 12:49 (Moskva vaxtı ilə 06:49) radələrində baş verib. Talakandan İrkutska havaya qalxan “İrAero” aviaşirkətinə məxsus təyyarənin pilotları şassinin çıxarmağın mümkün olmadığını bildiriblər və aerodroma qayıtmaq qərarına gəliblər. Eniş uğurlu olub və heç kim xəsarət almayıb.

Təyyarənin göyərtəsində 100 sərnişin və altı ekipaj üzvünün olduğu dəqiqləşib.