Təyyarə və qatar biletlərinin satışına başlanıldıbackend

Təyyarə və qatar biletlərinin satışına başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə “Covid-19” pandemiyası ilə əlaqədar dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa edilir. 25 maydan etibarən ölkədə dəmir yolu və sürətli qatar biletlərinin satışına başlanıb.

NOCOMMENT.az TRT Azərbaycana istinadən xəbər verir ki, Türkiyədə dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur.

Biletlər ilkin mərhələdə yalnız onlayn sistemlə satılacaq.

Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq.