Tez-tez üşüməyin səbəbləribackend

Tez-tez üşüməyin səbəbləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çoxlarının problemi olan üşüməyi “soyuqdandır” deyə düşünərək bir o qədər önəmsəmirik. Ancaq bəzi insanlar təkcə soyuqdan deyil bir neçə səbəbdən üşüyə bilər.

NOCOMMENT.az xarici mətbuata istinadən bu səbəbləri sizə təqdim edir

İnfeksiya xəstəlikləri
Qış aylarında soyuq dəymə, qrip, boğaz ağrısı kimi xəstəliklərin ilkin göstəricisi üşümə, titrətmə və yüksək tempraturdur. Müalicə alınmadığı təqdirdə bu problemdən əziyyət çəkmə müddəti arta bilər.

Anemiya
Üşüməyin ən böyük problemlərindən biri də el arasında “qansızlıq” kimi tanınan anemiya xəstəliyidir. Önəmli bir sağlamlıq problemi olan anemiya xəstəliyinə qadınlarda daha tez-tez rast gəlinir. Bu xəstəlik müalicə olunmadığı təqdirdə halsızlıq, tez yorulma, sürətli ürək döyüntüsü kimi problemlər getdikcə artmağa başlayır.

Hipoqlikemiya
Qanda şəkərin miqdarının az olması üşüməyə səbəb olur. Bu problemdən əziyyət çəkən insanlarda özündən getmə halları da baş verə bilər.Bu cür insanların gələcəkdə diabet xəstəliklərinə yaxalanma riski daha çoxdur.

Qalxanabənzər vəzi xəstəlikləri
Bədənin metabolizmasını tənzimləyən bu vəzin normal işləməməsi üşümə, halsızlıq, saç tökülməsi, qəbizlik, artıq kilo problemlərinə səbəb olur.

Ürək-damar xəstəlikləri
Damar tıxanıqlığı kimi problemlərdə üşümə problemi ayaqlarda və qollarda özünü göstərir.

Sinir sistemi xəstəlikləri
Tez-tez üşümə, hissizlik, hərəkətlərdə pozulma hiss edirsinizsə bu sinir sistemi xəstəliklərinin göstəriciləri ola bilər. Özəlliklə ailədə bu problemdən əziyyət çəkən varsa sizin də dərhal həkimə müraciət etməyiniz məsləhət görülür.

Dəri xəstəlikləri
Özəlliklə dərinizin bəlli yerlərində qızartı, kəpək, sulanma kimi dəri problemlərindən əvvəl üşümə, titrətmə kimi göstəricilər özünü biruzə verir. Bu göstəriciləri ciddiyə alaraq həkimə görünməyiniz məsləhət görülür.

Jalə Bədirova

NOCOMMENT.az