Tolik Xəzər TV-dən hansı kanala getdi? – Özü açıqladıbackend

Tolik Xəzər TV-dən hansı kanala getdi? – Özü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prodüser Tarix (Tolik) Əliyevin Xəzər televiziyasından ayrılaraq MTV Azərbaycan kanalında “Tarixin bir günü” adlı verilişlə efirə qayıtdığı iddia edilib.

NOCOMMENT xəbər verir ki, Tarix Əliyev teleqraf-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Verilişin hansı kanalda yayımlanacağı hələ dəqiq deyil. Çünki iki kanaldan iş təklifi gəlib. Xəzər televiziyasından çıxmamışam və çıxmaq üçün ərizə yazmamışam. Ola bilər ki, Xəzər TV-də başqa bir layihə işləyəcəm. Dalğa televiziyası yenidən fəaliyyətə başlamalıdır. Mənə deyiblər ki, on gün gözlə”, – deyə o bildirib.