“Toyota” bu ölkədə istehsalını dayandırdıbackend

“Toyota” bu ölkədə istehsalını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor Corp” istehsal sistemində nasazlıq yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu, satış həcminə görə dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota” üçün yerli istehsalı dayandıracaq.

Şirkətin sözçüsü problemə görə “Toyota”nın hissələri sifariş edə bilməyəcəyini və səbəbin araşdırıldığını bildirib.

Sözçü, Toyota-nın bu gün səhər saatlarından etibarən 12 fabrikdə istehsalı dayandırdığını, qalan 2 fabrikin isə günortadan sonra dayandırılacağını açıqladı.

Reuters-in hesablamalarına görə, ümumilikdə 14 fabrik Toyota-nın qlobal istehsalının təxminən üçdə birini istehsal edir.