Türkiyə S-400-lərin sınaqdan keçirildiyini təsdiqlədi – ABŞ-dan ilk AÇIQLAMAbackend

Türkiyə S-400-lərin sınaqdan keçirildiyini təsdiqlədi – ABŞ-dan ilk AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirməsinə münasibət bildirib.

NOCOMMENT Cumhuriyet-ə istinadla xəbər verir ki, Türkiyə Sinopda S-400-lərin sınaqdan keçirildiyini rəsmən təsdiqləyib. Bu açıqlamadan sonra ABŞ hökuməti hadisə ilə bağlı fikirlərini bildirib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Kay Beyli Türkiyəni S-400 qərarından daşındırmaq üçün çox səy göstərdikərini bildirib: “Bu addım qırmızı xətdir. Türkiyənin F-35 layihəsində iştirakı dayandırıldı. Türkiyə bu sistemi əldə etmək üçün çox şeydən imtina etdi. Müttəfiqimizi problemlərin həll olunacağına inandıra bilmədiyimizə görə təəssüf edirik”.