Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də keçiriləcəkbackend

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – səfir Serdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Qeyd edək ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dəki keçmiş səfiri Serdar Kılıç başçılıq edir.

Nümayəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.