Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin üçüncü görüşü Vyanada olacaqbackend

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin üçüncü görüşü Vyanada olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında üçüncü görüş Avstriyanın paytaxtı Vyanada olacaq.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Təzyiq altında ola bilərsiniz. Bu, asan proses deyil. Lakin artıq üçüncü ölkədə görüşməyə ehtiyac varmı? Bir tərəfdən sərhədlər açılsın deyirsiniz, digər tərəfdən isə görüşlərin Türkiyə və Ermənistanda keçirilməsinə cəsarət etmirsiniz”, – deyə XİN başçısı bildirib.

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında sonuncu görüş də fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutub.