Türkiyə XİN: Dost Rusiyaya dərin hüznlə başsağlığı veririkbackend

Türkiyə XİN: Dost Rusiyaya dərin hüznlə başsağlığı veririk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Kazan şəhərində çox sayda insanın ölümünə səbəb olan silahlı terror aktını qınayan bəyanat yayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, nazirlik bəyanatında bu mənfur hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

“Dost Rusiya Federasiyasına və Tatarıstan xalqına dərin hüznlə başsağlığı veririk”, – deyə XİN-in bəyanatında qeyd olunur.