Türkiyədə bir gündə 47 zəlzələ – Professor xəbərdarlıq etdibackend

Türkiyədə bir gündə 47 zəlzələ – Professor xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Izmirin Karaburun bölgəsi ilə Midilli arasındakı ərazidə yenidən güclü zəlzələ olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu türkiyəli professor Əhməd Ərcan deyib.

Professor İzmirdə, xüsusilə Karşıyaka, Bostanlı, Çiğli, Mavişəhər, Alaybəy, Mənəmən, Bayraqlı və Bornovadakı yaşayış binaları ilə bağlı xəbərdarlıq edib:

“Karaburun və Midilli arasındakı ərazi uzun müddətdir zəlzələ gözlədiyimiz yerlərdən biridir. 3-4 il əvvəl bu bölgədə bir zəlzələ oldu, ancaq bu zəlzələnin gücü gözlədiyimiz qədər olmadı. Karaburunda meydana gələcək zəlzələ təxminən 7-7,2 bal gücündə olmalıdır, lakin 7 baldan kiçik bir zəlzələ oldu. Gərginlik hələ də davam edir. 6,7-6,8 bal gücündə zəlzələlər bu bölgədəki gərginliyi aradan qaldırmaq üçün kifayət deyil. Bunun nə vaxt baş verəcəyi barədə məlumat yoxdur. İndi baş verən zəlzələlər 4-dən kiçik və ya 4-5 bal arasında seysmik səviyyəli zəlzələlərdir. Zəlzələlər 2 il, bəzən 5 il davam edə bilər. Gələcəkdə nə vaxt olacağını bilmədiyimiz bir güclü zəlzələ baş verəcək”.

Qeyd edək ki, ötən gün səhərə yaxın Karaburun sahilində 4,2 bal gücündə zəlzələ olub. Gün ərzində baş verən xırda zəlzələlərin sayı 47-yə çatıb.|Axar.az