Türkiyədə koronavirusdan 16 nəfər həyatını itiribbackend

Türkiyədə koronavirusdan 16 nəfər həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 131 nəfərə çatıb.

Nazirin sözlərinə görə, ölkədə 1 302 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 199 906 nəfərə çatıb.

Nazir qeyd edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son 24 saatda 1 386 nəfər olmaqla 173 111 nəfər təşkil edir.