Türkiyədə terrorçu zərərsizləşdirilən zamanı partlayış baş verib – FOTObackend

Türkiyədə terrorçu zərərsizləşdirilən zamanı partlayış baş veribFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində terrorçunun zərərsizləşdirilməsi zamanı partlayış olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Rəhmi Doğan billdirib.

O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur.

“İki terrorçunun izlənilməsi zamanı İskəndırunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir”, – o bildirib.

“Habertürk” isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.

“Report”