Türkiyəli sürücü qarət olunub? – DİN-dən açıqlamabackend

Türkiyəli sürücü qarət olunub? – DİN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli TIR sürücüsü Mustafa Göçər adlı şəxs ona qarşı soyğunçuluq hadisəsi baş verdiyini iddia edib.

NOCOMMENT xəbər verir ki, Mustafa Göçər 12 avqust tarixində gecə saatlarında Kürdəmir rayonu yaxınlığında bir qrup naməlum şəxs tərəfindən saxlanılaraq döyüldüyünü və qarət olunduğunu deyib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov axar.az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı daxili işlər orqanlarına heç bir müraciət daxil olmayıb: “Rəsmi şəkildə müraciət daxil olduğu təqdirdə hadisə araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək”.