Türkiyənin müdafiə naziri Azərbaycana yola düşübbackend

Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana gəlir.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akarla birgə Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz yola düşüb.

Məlumata görə Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcəklər.