Ukrayna bu ay Rusiyanın hücumunu gözləyirbackend

Ukrayna bu ay Rusiyanın hücumunu gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov yaxın günlərdə Rusiyanın yeni hücumunu gözlədiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, mətbuat konfransı keçirən Oleksiy Reznikov qərbli müttəfiqlərinin göndərdiyi bütün silahların o vaxta qədər gəlib çatmayacağını, lakin onların Rusiya qüvvələrini saxlamaq üçün kifayət qədər gücə malik olduqlarını bildirib.

Reznikov ölkəsinin 150 kilometr mənzilli yeni raketlər aldığını lakin onların Rusiya torpaqlarına qarşı deyil, yalnız Ukraynanı işğal edən rus qoşunlarına qarşı istifadə ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski Ukrayna qüvvələrinin şərqdə Baxmut, Vuhledar və Limanda şəhərlərində ağır döyüşlər apardığnı bəyan edib.