Ukrayna ordusunda yoxlama – Minlərlə hərbçi…backend

Ukrayna ordusunda yoxlama – Minlərlə hərbçi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Müdafiə Qüvvələrində audit yoxlamasına başlayıb. Yoxlama zamanı heç vaxt döyüşlərdə iştirak etməyən minlərlə hərbçi aşkar edilib.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın Xidmətçisi” fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya deyib.

Bildirib ki, müəyyən sayda hərbçi cəbhə xəttində döyüşçüləri təmin etmək üçün çalışır. Bununla belə, artıq yoxlamanın əvvəlində Sırski döyüş əməliyyatlarında birbaşa iştirak edə biləcək çox sayda hərbi qulluqçu tapılıb.