Ukrayna Qara dənizdə Rusiyanın patrul gəmisini vurubbackend

Ukrayna Qara dənizdə Rusiyanın patrul gəmisini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadan verilən açıqlamada Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin Krım sahillərində hədəf alındığı və gəminin zədələndiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Kəşfiyyat İdarəsi öz teleqram kanalında açıqlayıb.

Kerç boğazına yaxın bir nöqtədə “Magura V5” pilotsuz dəniz vasitələri ilə vurulan Sergey Kotov adlı rus gəmisinin müxtəlif hissələrinə ziyan dəydiyi qeyd edilib.

Açıqlamada, hədəf alınan gəminin dəyəri təxminən 65 milyon olduğu qeyd edilib.