Ukraynadan İsrailə dəstək mesajı gəldibackend

Ukraynadan İsrailə dəstək mesajı gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiya ilə müharibəsini davam etdirən Ukraynadan İsrailə dəstək mesajı gəldi.

NOCOMMENT xəbər verir ki, Ukrayna İsrailin “özünü və xalqını müdafiə etmək hüququnu” dəstəklədiyini açıqlayıb.
Qəzzadan atılan raket yağışından sonra Ukrayna İsraillə həmrəy olduğunu bildirib.

Ukraynanın bəyanatında bu ifadələrdən istifadə edilib: “Ukrayna İsrailə qarşı davam edən terror hücumlarını, o cümlədən Qüds və Təl-Əvivdə mülki şəxslərə qarşı raket hücumlarını sərt tənqidlə qarşılayır.” “Biz İsrailin özünü və xalqını müdafiə etmək hüququna dəstəyimizi ifadə edirik”.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sosial media hesablarında məlumat verilib.