Ukraynanın yeni müdafiə naziri kimdir?backend

Ukraynanın yeni müdafiə naziri kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin müdafiə naziri Oleksi Reznikovun yerinə təyin etdiyi Rustem Umerov 1982-ci il təvəllüdlü Krım tatar türküdür.

NOCOMMENT.az-a xəbər verir ki, onun namizədliyi parlament tərəfindən təsdiqlənərsə, Rustem Umerov Ukrayna tarixində nazir  postunu tutan ilk Krım tatarı olacaq .

2020-ci ildə Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurası çərçivəsində “Krımın və Sevastopolun işğaldan azad edilməsi üzrə dövlət strategiyası”nın hazırlanması üzrə qrupa qoşulub.

2022-ci ilin iyulunda Umerov hərbi vəziyyət zamanı beynəlxalq logistik yardımın alınmasına və istifadəsinə nəzarət etmək üçün Müvəqqəti Təhqiqat Komissiyasının sədri seçildi.

2021-ci ildə 3-cü dərəcəli Ukrayna “Xidmətlərə görə” ordeni ilə təltif edilən Umerov evlidir və üç övladı var.

Umerov əvvəllər Rusiyada ekstremist təşkilat kimi fəaliyyəti qadağan edilmiş Krım Tatar Milli Məclisinin sədri Mustafa Cəmiloğlunun müşaviri olub.