Ümumdünya Meteorologiya Təşkilatı: Daha güclü isti dalğalarına hazır olmalıyıqbackend

Ümumdünya Meteorologiya Təşkilatı: Daha güclü isti dalğalarına hazır olmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsti dalğalarında davamlı artım var və dünya daha güclü isti dalğalarına hazır olmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat verib.

“Bu yaxınlarda aparılan bir araşdırma göstərdi ki, Avropada keçən yay həddindən artıq istilər səbəbindən əlavə 60 min adam öldü. Ekspertlər və hökumətlər bu rəqəmə çox ehtiyatlı yanaşırlar”, – mütəxəssis Con Nairn deyib. 

İsti dalğaların bütün dünyada olduğu kimi Avropada da təsirli olduğuna diqqət çəkən mütəxəssis, Avropanın dünyada ən güclü erkən xəbərdarlıq sistemlərinə və istilik sağlamlığı ilə bağlı fəaliyyət planlarına sahib olduğunu qeyd etdi.

“Biz isti dalğaların müddətində və intensivliyində davamlı artım müşahidə edirik. Bu, qlobal istiləşmə və Hökumətlərarası Əlaqələr üzrə elmi məlumatlarla bağlıdır”.