Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2021-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb.
NOCOMMENT musavat-a istinadən xəbər verir ki, dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən bu reytinqdə Azərbaycanın da bir neçə universiteti yer alıb. Sevindirici haldır ki, ilk dəfə olaraq reytinqə ölkəmizdən 6 ali təhsil müəssisəsi düşüb, onlardan ikisi xüsusilə yüksək nəticə göstərib.
Ölkə üzrə ən yaxşı yerdə qərarlaşan universitetlər Xəzər Universiteti və Qərbi Kaspi Universitetidir. Bu ali təhsil ocaqları müvafiq olaraq 401+ və 601+ universitetlərin siyahısında yer alıblar.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti isə 801+ yerdə qərarlaşıblar. Bakı Dövlət Universiteti isə 1001+ ali təhsil müəssisəsi arasında yer alıb.













