Uşaqların onlayn istismarı – TikTok-un direktoru sorğu-sual edildibackend

Uşaqların onlayn istismarı – TikTok-un direktoru sorğu-sual edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatında uşaqların sosial mediadan nə dərəcədə zərər çəkməsinə dair dinləmələr keçirilib.

NOCOMMENT.az “BBC”yə istinadən xəbər verir ki, iclasda 5 texnologiya şirkətinin rəhbəri iştirak edib.

Meta, TikTok kimi sosial platformaların direktorları təxminən 4 saat sorğu-sual ediliblər. Senatorlar uşaqların onlayn istismardan necə qorunmalarına dair suallara cavab axtarıblar.

Dinləmədə TikTok rəhbəri ABŞ istifadəçilərinin məlumatlarının Çinə ötürülməsinə dair iddianı rədd edib.