ÜST prezidentinin İsrailin xəstəxanaya hücumuna reaksiyasıbackend

ÜST prezidentinin İsrailin xəstəxanaya hücumuna reaksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qəzza bölgəsindəki Şifa xəstəxanasına basqını dünyada reaksiyalar cəlb etməkdə davam edir. 

NOCOMMENT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri  Tedros Qebreyesus bu hücumun “tamamilə qəbuledilməz” olduğunu bildirib.

“İsrailin Qəzzada Şifa xəstəxanasına hərbi hücumu qətiyyən qəbuledilməzdir. Xəstəxanalar müharibə zonaları deyil. Biz personalın və xəstələrin təhlükəsizliyindən son dərəcə narahatıq. Onları qorumaq hər şeydən vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı Şifa Xəstəxanasında tibb işçiləri ilə əlaqəni itirib”.