​Vado Korovin hansı vəzifəyə gedir?backend

​Vado Korovin hansı vəzifəyə gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Space TV”nin baş direktoru Vado Korovinin vəzifəsindən azad olunması müzakirəsiz ötüşmədi. Televiziya rəhbərinin qurumda aparılan yoxlamalardan sonra postundan uzaqlaşdırıldığı bildirildi.

Qeyd edək ki, Vado Korovin “Space TV” ilə yollarını ayırsa da, onun personası ətrafında yaranmış ajiotaj səngimək bilmir. Mediada sabiq baş direktorun günlərdə yüksək vəzifəyə təyin ediləcəyi ilə bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir.

NOCOMMENT.az xəbər verir ki, Korovinin nəinki yaxın günlərdə, hətta yaxın aylarda yüksək vəzifəyə təyinat alması real deyil. Buna səbəb kimi telekanalda aparılan yoxlamalar göstərilir.

Bu məlumatların mətbuata Korovinin yaxın çevrəsi tərəfindən sızdırıldığı iddia olunur. Məqsəd medianın və müstəqil ekspertlərin onun üstunə “ayaq açmasınının” qarşısını almaqdır.

Korovinin ardınca “Space TV”də yüksək vəzifə tutan ailə üzvlərinin də tezliklə yola salınacağı gözlənilir.