Vasif Talıbov Şeyxin kitabına sponsorluq edibbackend

Vasif Talıbov Şeyxin kitabına sponsorluq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun “Qan yaddaşı” adlı kitabı çapdan çıxıb.

NOCOMMENT xəbər verir ki, bu barədə yenisabah-a Xalq artistinin özü danışıb. Onun sözlərinə görə, kitab erməni yalanlarının ifşasından bəhs edir.

“Bu kitabı sənədlər əsasında yazmışam. Orada dünyanın müxtəlif ölkələrinin tanınmış simaları ermənilərin yalanlarını ifşa edir. Kitabda yüzlərlə sənəddən istifadə edilib”, – deyə Şeyx Əbdül Mahmudbəyov bildirib.

Xalq artisti əlavə edib ki, kitabın nəşrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dəstək verib. “Bakıda kimə müraciət etdimsə, yaxın durmadı. Sağ olsun Vasif müəllim yardım etdi. İndi mən Vasif müəllimə müraciət hazırlayıram ki, kitabın müxtəlif dillərə təcümə edilməsinə yardımçı olsun. Qoy bütün dünya ermənilərin yalanlarının şahidi olsun. Özü də elə onlara dəstək verən bəzi ölkələrin tanınmış simalarının dili ilə”, – deyə o, vurğulayıb.