Vaşinqtonda Ramazan bayramıbackend

Vaşinqtonda Ramazan bayramı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqton, Virciniya və Merilendada yaşayan müxtəlif millətlərdən olan yüzlərlə müsəlman Amerika Diyanet Mərkəzində (DCA) bir araya gəlib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın ən böyük məscidlərindən birinin yerləşdiyi mərkəzdə bayram namazına bir yerdə dayanan müsəlmanlar namazdan sonra bir-birləri ilə bayramlaşıblar.

Bayram namazı üçün Amerika Dini Mərkəzinə gələn Cavit Öztürk bu günün bütün müsəlmanlar üçün əhəmiyyətli olduğunu bildirib.

“Bura gözəldir. Ətraf mühit çox yaxşıdır. Biz buranı sevirik. Biz burada əvvəllər dəfələrlə olmuşuq. Təbii ki, Türkiyədə olan atmosfer çox təəssüf ki, yoxdur. Türkiyədə fərqli bir mühit var. İnsanlar bayram əhval-ruhiyyəsindədir. Amma burada, heç olmasa, bizə lazım olan mühiti yaradılıb” deyə Öztürk açıqlama verib.

NOCOMMENT.AZ