Vuçiç: Biz Kosovonun müstəqilliyini tanımayacağıqbackend

Vuçiç: Biz Kosovonun müstəqilliyini tanımayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vuçiç bu gün başladığı Serbiya turu çərçivəsində ölkənin cənub-şərqində yerləşən Pçinja bölgəsinə səfər edib və serb xalqı ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bölgə sərhədləri daxilində yerləşən Vranye şəhərində ictimaiyyətə müraciət edən Vuçiç Kosovo məsələsinə də toxunub.

Vuçiç “Kosovonun müstəqilliyini imzalamayacağam. Təslim olmaq yoxdur. Biz Kosovonun müstəqilliyini nə de-fakto, nə də hüquqi cəhətdən tanımayacağıq”, deyə açıqlama verib.

Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etmiş Kosovonu öz ərazisi hesab edir.

NOCOMMENT.AZ