Vulkan onlarla reysin təxirə salınmağına səbəb oldubackend

Vulkan onlarla reysin təxirə salınmağına səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın ən böyük vulkanı püskürüb.

NOCOMMENT.az xəbər verir ki, bu səbəbdən Mexiko hava limanında onlarla reys təxirə salınıb. Vulkanın yaydığı kül buludunun Meksika körfəzinə doğru hərəkət etdiyi bildirilib.

Qeyd edək ki, Mexikodan təxminən 70 kilometr məsafədə yerləşən Popokatepetl vulkanı Latın Amerikası ölkəsinin ən böyük və aktiv vulkanlarından biridir. Onun hündürlüyü 5,42 kilometrə çatır.