Vüsal Nəsirli ona yeni vəzifə verdi - FOTO

Vüsal Nəsirli ona yeni vəzifə verdi - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Nəqliyyat infrastrukturunun istismarı və təmiri departamentinin müdir müavini vəzifəsinə təyinat olub.

NOCOMMENT.az-ın məlumatına görə, bu vəzifə İlham Daşdəmirova həvalə edilib.

İ.Daşdəmirov bundan öncə Agentlikdə Avtomobil yollarının istismarı və təmiri baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. İ.Daşdamirov həmin idarədə hazırda AAYDA-nın İdarə heyətinin sədrinin müavini olan Kamran Əzizovun müavini olub. Belə ki, K.Əzizov bu yaxınlarda AAYDA-nın sədri Vüsal Nəsirlinin müavini təyin edilib. O, 2023-cü ildən bu vəzifəyə təyin olunana qədər Agentlikdə Avtomobil yollarının istismarı və təmiri baş idarəsinin rəisi olub. Eyni zamanda, İ.Daşdəmirov da həmin idarədə 2023-cü ildən rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bu ilin fevral ayında V.Nəsirli AAYDA-nın İdarə heyətinin sədri təyin edilib. Onun rəhbərliyə gəlişindən sonra qurumda kadr islahatlarının həyata keçirildiyi müşahidə olunur. (Plat.az)