Xamenei Kürdüstanın ləğvinə açıq çağırış etdibackend

Xamenei Kürdüstanın ləğvinə açıq çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın bəzi bölgələrində (Kürdüstan ərazisi nəzərdə tutulur) İrana yönəlmiş təhdidlər qalmaqdadır. Yeganə həll yolu İraq mərkəzi hökumətinin bu bölgələrdə hakimiyyətini bərqərar etməkdir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Əli Xamenei İraqın yeni Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə görüşündə deyib.

“İraq və İranın təhlükəsizliyi bir-birinə bağlıdır. İraqın təhlükəsizliyini pozmağa çalışan istənilən qüvvənin qarşısını alacağıq”, – deyə Xamenei bildirib.

Sudani öz növbəsində İraq ərazisindən İranın təhlükəsizliyini pozmaq üçün istifadəyə imkan verilməyəcəyini bildirsə də, Xamenei narazılığını bu sözlərlə ifadə edib: “Təəssüf ki, hücumlar baş verir. Yeganə həll yolu İraqın bütün ərazisində mərkəzi hökumətin təsir dairəsini bərqərar etməkdir”.