Xameneinin bacısı qızına 15 il həbs verildibackend

Xameneinin bacısı qızına 15 il həbs verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali rəhbəri Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunub. 

NOCOMMENT xəbər verir ki, bu barədə Azad İran kanalı məlumat yayıb – İranın hakim rejiminə qarşı çıxan Fəridə Muradxani 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Onu vəkili Məhəmməd Hüseyn Ağassi məlumatı təsdiqləyib. Bildirib ki, məhkəmə Fəridə Muradxanini ruhani olmamaqda ittiham edib.

Xatırladaq ki, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də saxlanılıb. Onun mətbuata açıqlamalarında hakimiyyət əleyhinə sərt fikirlər səsləndirməsi, molla rejimini tənqid etməsi xüsusilə diqqət çəkib.