Xərçəng xəstəliyi təhsil almaq istəyinə mane ola bilmədi…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, 20 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Uğurlu nəticə əldə edənlərdən biri də Abşeron rayon Pereküşkül qəsəbə tam orta məktəbinin şagirdi Sadiq Rəcəblidir.
O, 2023-cü ildən xərçəng xəstəliyinə yaxalanıb. Hazırda ev şəraitində müalicə alan yeniyetmə, imtahana qədər dərslərə onlayn qoşulub. Nəticədə 9-cu sinif şagirdi buraxılış imtahanının nəticələrinə görə mümkün 300 baldan 254 bal toplayıb.
Anası oğlunun bütün çətinliklərə baxmayaraq, dərslərini sevə-sevə öyrəndiyini bildirdi.
Sadiq xəstəliyinə görə evdə təhsil alır, yəni müəllimləri evinə gəlir. Hazırlıqlarına isə onlayn şəkildə davam edib.
Sadiq deyir ki, ən böyük arzusu tanınmış hüquqşünas olmaqdır.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.