Xəzər TV-nin məşhur verilişi bağlandı: Tanınmış aparıcı telekanaldan getdi – FOTObackend

Xəzər TV-nin məşhur verilişi bağlandı: Tanınmış aparıcı telekanaldan getdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün 13 ildir ki, işlədiyim “Xəzər” TV-dən ayrılıram…”

NOCOMMENT xəbər verir ki, bu sözləri Xəzər TV-nin əsas xəbər aparıcısı və “Xəzər Aktual” verlişinin aparıcısı Vamiq Nəsirov deyib: “Bu gün 13 ildir ki, işlədiyim Xəzər TV-dən ayrılıram. Düz 13 il. Yaşadığım ömrün üçdə biri . Xəzər TV mənim evimdir. Əminəm ki, bundan sonra da belə olacaq. İndiyə qədər, əgər nə isə əldə etmişəmsə, bunda Xəzər TV-nin və onun kollektivinin böyük rolu var – rəhbər şəxlsərindən tutmuş sıravi işçilərinə qədər. İnqliab Məmmədov başda olmaqla xəbərlər departamentinin kollektivinə isə xüsusilə minnətdaram. Belə bir peşəkar komandanın üzvü olduğum üçün özümü şanslı hesab edirəm.

Xəzər TV yaradılanda bura necə həvəslə gəldiyimi xatırlayıram. Bu gün isə buradan gülər üzlə və alın açıqlığı ilə ayrılıram. Şirtkətin rəhəbri Murad Dadaşovla görüşümüzdə dediyi sözlər məni çox qürurlandırdı: “Sənə uğurlar arzulayıram. Amma nə vaxtsa televiziya üçün darıxsan, bil ki, burada sənin masan da, vəzifən də həmişə var”. Əgər kimsə işdən ayrılacaqsa ona məhz belə ayrılıq arzulayıram. Bir daha Xəzər TV ailəsinə – doğma ailəmə təşəkkür edirəm”, – deyə V. Nəsirov bildirib.

Yeniçağ