XİN Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması perspektivlərini qiymətləndiribbackend

XİN Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması perspektivlərini qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Hazırda Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması imkanları görünmür. Bu sözləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov “Primakov oxunuşları” elmi-ekspert forumunda çıxışı zamanı deyib.

“Birləşmiş Ştatlarla münasibətlərə gəlincə, mənim fikrimcə, onların yaxşılaşdırılması və xüsusən də bu gün hansısa yüksəliş tendensiyasına keçməsi perspektivləri  sadəcə görünmür”, – diplomat bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra da Rusiya-Amerika münasibətlərində heç bir irəliləyiş olmayacaq. Ryabkov vurğulayıb ki, ABŞ Konqresində səsvermənin nəticələrindən və qüvvələrin bölgüsündən asılı olmayaraq hər hansı dəyişikliyə ümid etmək olmaz.