Yanlış ünvan verilən xilasetmə yanğına gecikdi: 15 ölübackend

Yanlış ünvan verilən xilasetmə yanğına gecikdi: 15 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində leysan yağışda ünvanın səhv verilməsi və nəqliyyatın bağlanması nəticəsində yanğınsöndürənlər geyim fabrikində çıxan yanğına gecikib.

NOCOMMENT.az xəbər verir ki, Filippinin Yanğından Mühafizə Bürosu fabrik sahibi də daxil olmaqla 15 nəfərin ölümünə səbəb olan yanğında ölənlərin əksəriyyətinin fəhlələr və dülgərlər olduğunu açıqlayıb.

Ofis işçisi Nahum Tarroza yanlış ünvan verilən qrupların leysan yağış səbəbindən tıxacda qaldığını və təxminən 15 dəqiqə gecikdiklərini bildirib.

Tarroza iki saat ərzində söndürülən yanğın zamanı ikimərtəbəli tikiş fabrikinin üst mərtəbəsindən qaçan 3 nəfərin xəstəxanaya aparıldığını bildirib.

Yanğınla bağlı araşdırmalara başlanılıb.