Yaponiya: Çin dünya səviyyəli ordu qurmaq planını gücləndirə bilərbackend

Yaponiya: Çin dünya səviyyəli ordu qurmaq planını gücləndirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Çinin 21-ci əsrin ortalarına qədər dünya səviyyəli ordu qurmaq planını sürətləndirə biləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Yaponiya hökumətinin 2023-cü il müdafiə hesabatının layihəsində milli müdafiəyə qarşı müşahidə edilən fəaliyyətlər yer alıb.

Məhz bu səbəbdən Yaponiya Rusiya və Çinin ölkənin ərazi suları ətrafında artan hərbi fəaliyyətlərdən narahat olduğunu bildirib.

Rusiya və Çin bombardmançılarının son 4 ildə Yaponiya yaxınlığında birgə uçuşlarını xatırladan hesabatda hərbi fəaliyyətlərin “açıqca bir güc nümayişi olaraq nəzərdə tutulduğu” qeyd edilib.

NOCOMMENT.AZ