Yük maşını minik avtomobillərinə çırpılıb, xəsarət alanlar varbackend

Yük maşını minik avtomobillərinə çırpılıb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərində baş verib.

Rayon bazarı yaxınlığında “Shacman” markalı yük maşını yol kənarında dayanan iki minik avtomobillərinə çırpılıb. Qəza nəticəsində 1 nəfər – 1994-cü il təvəllüdlü Elmar Cəfər oğlu Bayramov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.